Xəbər verdiyimiz kimi, ötən gün “Eurovision 2017”nin ikinci yarım finalı baş tutub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müsabiqədə bir ilk yanaşıb.Belə ki, aparıcı Makedoniyadan olan iştirakçı Yana Burçeskaya yaxınlaşıb və “Eşitdik, ana olmağa hazırlaşırsan. Doğrudurmu?” deyə soruşub.
Yana: “Bəli, hamiləyəm, tezliklə ana olacam. Sevgilim də yanımdadır”, cavabını verib.
Bu zaman aparıcı Yananın yanında əyləşən Aleksandr adlı bəyə söz verib. O, isə cibindən üzük çıxararaq, canlı efirdə Burçeskaya evlilik təklifi edib.
“Eurovision” tarixində yaşanan bu hadisədə təəccüblənən iştirakçı sevincindən göz yaşlarını saxlaya bilməyib və qışqıraraq “Hə” deyib.
Qeyd edək ki, Makedoniyadan olan iştirakçı finala keçə bilməyib.