Dövlət Komissiyası: Qarabağ münaqişəsində itkin düşmüşlərin yaxınları məlumat versinlər

Dövlət Komissiyası: Qarabağ münaqişəsində itkin düşmüşlərin yaxınları məlumat versinlər backend

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilmiş vəzifələrin icrası məqsədi ilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir.

QAZİLER.AZ-ın sivil.az-a istinadən məlumatına görə, komissiyadan bildirilib ki, qeyd olunanlarla əlaqədar, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı ilə bağlı Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlardan qısa müddətdə İşçi qrupuna məlumat vermələri xahiş olunur.