ABŞ gəmisi məşhur raketləri ilə Qara dənizdə

ABŞ gəmisi məşhur raketləri ilə Qara dənizdə backend

Qara dənizdə Rumıniya, Britaniya və ABŞ hərbçilərinin təlimi başlayıb.

Axar.az xəbər verir ki, 15 maya qədər davam edəcək təlimdə 700 hərbçi iştirak edir. Təlimlərdə Rumıniyanın “Kral Ferdinand”, “Leytenant Dmitri Nikolesku”, “Lupu Dinesku”, ABŞ “Oskar Ostin” gəmiləri yer alacaq.

Qeyd edək ki, təlimə cəlb olunan “Oskar Ostin” gəmisi uzaqmənzilli “Tomaqavk” raketləri ilə təchiz olunub. Rusiyanın hava hücumundan müdafiə kompleksindən yayına bilən bu raketlərin imkanları Suriyada Əsədin Şayrat bazasına endirilən zərbə zamanı bir daha nümayiş olundu.