Romanın mərkəzində partlayış baş verib

Romanın mərkəzində partlayış baş verib backend

İtaliyanın paytaxtı Romanın mərkəzində partlayış baş verib.

Virtualaz.org ANSA agentliyinə istinadən xəbər verir ki, hadisə poçt şöbəsinin yaxınlığında qeydə alınıb.

Hadisə yerində polis və yanğınsöndürənlər işləyir. Partlayış nəticəsində bir avtomobil zədələnib.

Partlayıcı qurğunun işə salınması istisna olunmur. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.