ABŞ BƏƏ-yə 2 mlrd. dollarlıq raket satacaq

ABŞ BƏƏ-yə 2 mlrd. dollarlıq raket satacaq backend

ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə 2 mlrd. dollar dəyərində “Patriot” raketləri satmağa icazə verib.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsindən bildirilib.

“Dövlət Departamenti BƏƏ-yə 2 mlrd. dollar dəyərində yeni “Patriot GEM-T” tuşlama sistemi ilə təchiz edilmiş təkmilləşdirilmiş “Patriot PAC-3” raketləri satmağa razılıq verib.

Məlumata görə, söhbət 160 ədəd raketdən gedir.