Türkiyənin Kilis şəhəri ilə Suriyanın PYD-nin nəzarətində olan həmsərhəd ərazisində Rusiya bayrağı asılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kilisin Akçabağlar və Demirışık kəndləri ilə həmsərhəd olan Hələbin Afrin mahalında Rusiya və Suriya bayraqları asılıb.Müəyyən məsafələrlə sərhəd boyunca asılan bayraqlar, Kilisin Akçabağlar və Demirışık kəndlərindən gözlə də görülə bilir. Yerli qaynaqlar, bayraqların bölgəyə nəzarət edən terror təşkilatı PKK-nın Suriya qanadı olan PYD/YPG-ni qorumaq məqsədiylə asıldığını bildirib.
Bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə rus əsgərlərinin PYD-li terrorçularla görüntüləri haqda bildirmişdi. Putin isə "PYD və PKK-ya bizim silahlarımız verilə bilməz" təminatı vermişdi.