23 uyğur türkü öldü, 1500 ev dağıldı – Zəlzələ

23 uyğur türkü öldü, 1500 ev dağıldı – Zəlzələ backend

Çinin qərbində, uyğur türklərinin yaşadığı Sincan Muxtar Vilayətində 5.5 bal gücündə zəlzələ baş verib.


Axar.az xəbər verir ki, Çinin “Sinxua” agentliyi zəlzələnin Taxkorqan qəsəbəsində dağıntılara və tələfata səbəb olduğunu yazıb. Bildirilir ki, zəlzələ nəticəsində ən azı 23 nəfər həyatını itirib və 1500-dən artıq ev dağılıb.

Qeyd edək ki, 2003-cü ilin fevral ayında 6.8 bal gücündə baş verən zəlzələ nəticəsində Şincanda 268 nəfər həyatını itirmişdi.