Biz Serbiya, Monteneqro və Kosovanın Avropa Birliyinə üzvlük prosesinin sürətləndirilməsini istəyirik.
Axar.az xəbər verir ki, bunu “La Stampa” qəzetinə müsahibəsində Avropa Birliyinin baş diplomatı Federika Moqerini söyləyib.“Britaniya AB-dən ayrılsa belə, AB ən böyük bazar olaraq qalacaq. Məncə, AB-nin gələcəyi 27 ölkədən ibarət deyil. Bizim yeni üzvlərimiz ilk növbədə Balkan ölkələri olacaqlar. Mən bunu AB-nin genişləndirilməsi yox, Avropanın birləşdirilməsi adlandırmağın tərəfdarıyam”, – deyə o bildirib.