Baş nazir canlı yayımda çaş-baş qaldı

Baş nazir canlı yayımda çaş-baş qaldı backend

Böyük Britaniyanın Baş naziri Devid Kemeron ölkə vətəndaşlarını təəcübləndirib. O, seçkiqabağı kampaniyası çərçivəsində BBC-yə verdiyi müsahibədə ölkədə minimum yaşayış səviyyəsinin nə qədər təşkil etdiyini bilməyib.

ANS PRESS-in məlumatına görə, dinləyicilərdən biri baş nazirdən soruşub ki, o, minimal maaş ilə yaşaya bilərmi? Aparıcı isə öz növbəsində dəqiqləşdirib: "Kemeron minimal maaşın nə qədər olduğunu bilirmi?"

Hökumət başçısı "bu, müxtəlif sahələrdə müxtəlif cürdür. Mən bu rəqəmləri başımda saxlamıram",- deyə cavab verib.

Leyboristlər Partiyasının kölgə kabinetində biznes və sahibkarlıq işləri üzrə naziri Çuka Umunn bunu belə şərh edib: "Devid Kemeron nümayiş etdirib ki, o, real həyatdan tamamilə uzaqlaşıb. Təəccüblü deyil ki, Tori (Kemeronun ləqəbidir) üçün heç nə, o cümlədən işləyən fəhlələr maraqlı deyil."

Ümumiyyətlə, Londonda yaşam minimumu 9,15 funt sterlinq, Böyük Britaniyanın qalan hissəsində isə 7,85 funt sterlinq təşkil edir.

Xatırladaq ki, Böyük Britaniyada ümumi seçkilər mayın 7-də keçiriləcək. Əsas rəqiblər konservatorların lideri Devid Kemeron və leyboristlərin lideri Eda Milliband ictimai rəy sorğularının nəticəsinə görə praktik olaraq eyni səsə malikdilər. Bu isə təkbaşına hökumət yaratmaq üçün əsas yaratmır.
Diaspora