ABŞ “Cəbhat ən-Nusra”nın başçısı haqda məlumat verənə 10 milyon dollar vəd edib

ABŞ “Cəbhat ən-Nusra”nın başçısı haqda məlumat verənə 10 milyon dollar vəd edib backend

Amerika Dövlət Departamenti qadağan edilmiş “Cəbhat ən-Nusra” qruplaşmasının lideri Əbu Muhamməd əl-Culaninin tutulmasına kömək edənə mukafat vəd edib.

Məlumata görə, yaraqlıların başçısını neytrallaşdırmağa kömək edənə Dövlət Departamenti 10 milyon dollar verəcək.

Qaziler.az RİA Novosti-yə istinadən bildirir ki, ABŞ ilk dəfədir ki, “Cəbhat ən-Nusra” yaraqlısı ilə bağlı mükafat təyin edir.

Qeyd edək ki, bu qruplaşma həm də "Əl-Qaidə"nin Suriya qanadı kimi tanınır.

Əbu Muhamməd əl-Culani 1981-ci ildə Suriyanın cənubunda anadan olub. İraqdakı müharibədə iştirak edib. Amerikanlar tərəfindən həbs edilərək Kemp-Bukka düşərgəsinə göndərilib, lakin 2008-ci ildə azad edilib.