Rusiyada fəlakət: Putinə təcili təklif verildi

Rusiyada fəlakət: Putinə təcili təklif verildi backend

Rusiyanın Demoqrafiya İnstitutunun rəhbəri Yuri Krupnov Prezident Vladimir Putinə “Çoxuşaqlı ailələrin statusu haqqında” federal qanuna dəyişikliklərlə bağlı layihə göndərib.


Axar.az xəbər verir ki, layihədə Rusiyadakı azuşaqlı ailələrə vergi tətbiq edilməsi istənilir. Sənəddə həmçinin çoxuşaqlı ailələrdə uşaqların tərbiyəsi ilə məşğul olan valideynin işinin əmək stajı kimi qəbul edilməsi təklif olunur.

Layihədə əsas hədəfin 2030-cu ilə qədər demoqrafiya problemini həll etməkdir.

Qeyd edək ki, Rusiyada əhalinin artım səviyyəsi fəlakət səviyyəsində aşağı düşüb. Belə ki, keçən il ərzində ölkədə doğuş səviyyəsi 2015-ci illə müqayisədə 10 dəfə az olub. 2016-cı ildə ölkədə cəmi 5343 uşaq doğulub.

Rusiyada əhali artımı yalnız miqrasiya sayəsində mümkün olub.