Erməni hərbçilər qəzaya düşdü

Erməni hərbçilər qəzaya düşdü backend

Ötən gün Ermənistanın Sünik vilayətində avtomobil qəzası baş verib.


Erməni KİV-I xəbər verir ki, saat 12:30 radələrində İrəvan- Mehri magistralının 228-ci kilometrliyində Gorus şəhər sakini, 35 yaşlı Nver Martirosyanın idarə etdiyi "VAZ 21013" markalı avtomobil Sünik vilayətinin Nerkin Xndzoresk kənd sakini, 27 yaşlı Harutyun Sakuntsinin idarə etdiyi "Opel Vectra" ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan N.Martirosyan və sərnişinlər - Gorus sakinləri-4 yaşlı Armine Martirosyan, 9 yaşlı Alvard Martirosyan, Xndzoresk kənd sakini, 23 yaşlı Roza Siravyan, Gorus şəhər sakini, 78 yaşlı Fridrix Martirosyan, Nerkin Xndzoresk kənd sakini, 45 yaşlı Laura Dinqizyan, Gorus şəhər sakini, 33 yaşlı Sofi İsaxanyan və 46 yaşlı Edik Qriqoryan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gorus tibb mərkəzinə yerləşdiriliblər.

Məlumata görə, sürücülər və xəstəxanaya yerləşdirilən E. Qriqoryan hərbi qulluqçudur. (azvision.az)