Keniyanın Mombasa şəhərindəki xəstəxanalardan biri leysan yağışlar nəticəsində uçub. Nəticədə, iki yaşlı şəxs və dörd uşaq həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Reuters agentliyində yer alıb.Məlumata görə, ölənlər 5 və 15 yaş arası dörd uşaq və onların anasıdır. Bundan başqa daha bir yerli biznesmen həlak olub.
Polisin məlumatına görə, ölənlər xəstəxana ilə qonşu evlərdə yaşayıblar.
Leysan yağışlar Mombasla tanınmış kurort şəhərləri olan Lamu və Malindi birləşdirən yolu bağlayıb.