ABŞ-ın keçmiş prezidenti Bill Klinton yazıçı Ceyms Pattersonla birlikdə kitab yazacaq.
Qaziler.az bildirir ki, bu barədə Associated Press agentliyi məlumat verib.Agentliyin məlumatına görə "İtkin prezident" adlanacaq triller 2018-ci ilin yayında işıq üzü görəcək.
Romanın baş qəhrəmanı Amerika prezidenti olacaq.
Xatırladaq ki, Birləşmiş Ştatların 42-ci prezidenti olan Bill Klinton 1993-2001-ci illərdə
dövlət başçısı postunu tutub.