Almaniya kansleri Angela Merkel Almaniyanın Ukraynanı silahla təmin etməyəcəyini bildirib.
Almaniya kansleri münaqişə tərəflərini atəşkəsə çağırıb. "Münaqişə hərbi yolla həll edilməməlidir. Biz atəşkəsin tərəfdarıyıq", - deyə Merkel Macarıstanın baş naziri Viktor Orbanomla görüşdən sonra mətbuat konfransında qeyd edib.2014-cü ilin avqustunda Avropa Birliyi sammitinin gedişatında da Merkel Ukraynaya silahın çatdırılmasnı inkar edərək Almaniyanın münaqişənin hərbi yolla nizama salmasına qarşı çıxdığını bildirmişdi. O qeyd etmişdi ki, Ukrayna münaqişəsi diplomatik yolla həll olunmalıdır və burda hərbi həll yoxdur.