Qəribə oğurluq: 24 min arı yoxa çıxıb

Qəribə oğurluq: 24 min arı yoxa çıxıb backend

Böyük Britaniyanın Cənubi Yorkshire qraflığında qəribə oğurluq hadisəsi baş verib: Amanda Claytona məxsus təsərrüfatdan 24 min arı oğurlanıb.

Fermer deyir ki, oğrular çox peşəkar - həşəratlarla işləmək vərdişləri olanlar olub.

Bu, bu il Britaniyada baş verən ilk belə oğurluq hadisəsidir.

Oğurlanmış arıların və pətəklərin ümumi dəyəri 2 min funtdur.

"Arı saxlamaq çox zəhmətlidir və ucuz deyil, onların yox olması qəlbimi qırır: Arılar çox fəal, pətəklər isə dolu idi", BBC-ə danışan Clayton bildirib.

Cinayət yerindən uyuşdurucu üçün xüsusi qurğu tapılıb. Ehtimala görə, bu, arıların dişləməməsi üçün istifadə edilib.

Hazırda bir il yarımdır arıçı olan Clayton təsərrüfatına təhlükəsizlik sistemi qurdurur.(BBC)