Fransanın Bordo şəhərində 4 gün beşulduzlu hoteldə qalan və mehmanxanaya 2 min avro borcu yaranan evsiz-eşiksiz şəxs saxlanılıb.
Qaziler.az xəbər verir ki, Report-un RİA Novosti-yə istinadən məlumatına görə, 61 yaşlı kişi ödəniş etmədən hoteldən çıxmaq istəyib, lakin hotelin personalı müəssisəyə polis çağırıb.Sözügedən şəxs bu addımı özünə xoş olmaq və küçədə yatmamaq üçün atdığını bildirib. O, eyni zamanda pullarının və əşyalarının oğurlandığını, ödənişi isə bank vasitəsi ilə edəcəyini söyləyib.
Qeyd olunur ki, kişini dələduzluq işi üzrə məhkəmə gözləyir.