İsrail rəsmisi:Hizbullahla savaşa hazırlaşmalıyıq

İsrail rəsmisi:Hizbullahla savaşa hazırlaşmalıyıq backend

Hizbullah artıq kiçik bir təşkilat deyil.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail parlamentinin Təhlükəsizlik və xarici əlaqələr komissiyasının rəhbəri Avi Dixter söyləyib.

“Hizbullah Suriyada ordu formalaşdırıb. Onlar kiçik qrup deyillər. Onlar yüksək həssaslığa malik silahlardan istifadə edir, Suriya, İran və Rusiya ilə birgə fəaliyyət göstərirlər. Önəmlisi gələcəkdə Hizbullahla mümkün savaşın Livan ilə aparılan əvvəlki müharibələrdən daha fərqli olacağıdır. İsrail ordusu bunun üçün yeni proqramlar hazırlamalıdır”, – deyə o bildirib.