Milli parkdan qaçan “fərari“ fillər 4 nəfəri öldürdü

Milli parkdan qaçan “fərari“ fillər 4 nəfəri öldürdü backend

Şərqi Afrika ölkəsi olan Keniyada qoruma altındakı milli parkdan qaçan fillər iki kəndə hücum edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, fillər, şimal-Meru əyalətində olan Meru Milli Parkından üç gün əvvəl qaçıblar.

“Fərari“ fillər, qarşılarınna çıxan ilk kəndə hücum edib və 17 yaşındakı bir gənclə kiçik bir uşağı öldürüblər. Bir kəndlini də yaralayan vəhşi heyvanlar, daha sonra Tharaka-Nithi əyalətinə keçərək başqa bir kəndə giriblər. Burada da iki kəndlini öldürüblər.

Yerli mətbuatdakı xəbərlərdə, bölgədəki insanların təlaş içində olduğu və qorxudan uşaqlarını məktəbə göndərmədiyi yer alıb. Polis və səlahiyyətli şəxslər fərari fillərin axtarışına çıxıb, lakin hələlik tapa bilməyiblər.