Tehran şərtini açıqladı

Tehran şərtini açıqladı backend

İran: "Qərb sanksiyaları sazişin ilk günündən qaldırmalıdır"

Tehran üzərindəki sanksiyalar yekun sazişinin imzalandığı gündən qaldırılmalıdır.

ANS PRESS-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bildirib.

O, ölkəsinin qəti mövqeyini bir daha diqqətə çatdırıb və ABŞ Konqresinin İranla danışıqlara mane olmaq ehtimalından danışıb. İran rəsmisi deyib ki, Prezident Barak Obama Administrasiyası danışıqlarda, xüsusilə sanksiyalara dair götürdüyü öhdəliklərə əməl etməlidir.

Onun sözlərinə görə, Tehran bu il iyunun sonunadək, hətta ondan da tez yekun sazişinin imzalanacağına inanır.

ABŞ tərəfi isə ötən gün Vyanada Tehranın nüvə proqramına dair danışıqlarda bildirib ki, sanksiyalar mərhələli şəkildə qaldırılacaq.

Xatırladaq ki, A.Araqçi Avropa İttifaqının siyasi direktoru Helqa Şmid ilə birlikdə İran-Qərb danışıqları bu gün davam etdirəcək.
Diaspora