İzmitdə Xocalı abidəsi açıldı

İzmitdə Xocalı abidəsi açıldı backend

Türkiyənin İzmit şəhərində Xocalı abidəsi açılıb. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulan abidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə İzmit bələdiyyəsi tərəfindən ucaldılıb. TADEF sədri Bilal Dündar bu günün iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Diaspior rəhbəri abidənin hazırlanmasında göstərdiyi dəstəyə görə İzmit Bələdiyyəsinə təşəkkür edib. Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev də abidənin ucaldılmasına görə İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan başda olmaqla hər kəsə təşəkkürünü bildirib. V.Hacıyev abidənin açılışının Çanaqqala zəfərinin 100-cü ildönümü ərəfəsində təşkil edilməsinin ayrıca əhəmiyyət kəsb etdiyini qeyd edib: "Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan bu abidə dünyadakı erməni yalanlarına ən gözəl cavabdır”.

Xocalı abidəsinin açılış mərasimində Azərbaycanın İstanbuldakı Konsulu Rəşad Eyvazov, Kocaeli Böyükşəhər Bələdiyyəsi sədrinin nümayəndəsi Zəkəriyyə Özak, Azərbaycan Türk diaspor təşkilatlarının, QHT-lərin, yerli ictimaiyyətin, Azərbaycan və Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak edib.

Diaspora