Əcnəbilər CAR-dan başlarını götürüb qaçırlar

Əcnəbilər CAR-dan başlarını götürüb qaçırlar backend

QAZİLER.AZ Evronyusa istinadla xəbər verir ki, Cənubi Afrikada xaricilərə qarşı zorakılıq baş alıb gedir. Qarət olunmuş mağazalar, məhv edilmiş mallar, yaralananlar və ölənlər... Zamanında xaricilər bura ticarətlə məşğul olmaq üçün gəlirdilər, indi isə buradan canlarını götürüb qaçmaq məcburiyyətindədilər.

Bu insanların içərisində- Somalidən, Efiopiyadan, Zimbabvedən, Mozambikdən, Pakistandan gəlmələr də var. Malavidən gələn qadınlardan biri bildirir: “ Məni evə qayıtmağım heç də sevindirmir, çünki qızımı və valideynlərimi dolandırmaq, pul qazanmaq üçün buraya gəlmişdim.

CAR - ın əhalisinin 50 milyon olduğu bildirilir. Onlardan 9 milyonu zuluslardır. Rəsmi məlumatlara görə, ölkədə xaricilərin sayı 1,7 million çatıb, amma bu rəqəm daha çox ola bilər.
Xaricilərə hücum 3 həftə əvvəl zulusilərin yerləsdiyi Durban şəhərində baş verib. Nəzarətçilən sözlərinə görə, martın sonunda zulusuların kralı Qudvill Zvelitini ölkədəki anarxiyanə görərək hələ martın sonunda xaricilərə “çemodanları yığmağın” vaxtı çatdığını bildirib.

Diaspora