İranın paytaxtı Tehranda Ruhaninin seçki mitinqinə qatılan universitet tələbələri, "Yaşıl hərəkat" liderlərinin sərbəst buraxılmasını istədi.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, gənclər ölkədəki islahatçı hərəkatın liderləri - keçmiş prezident Məhəmməd Hatəmi, ev həbsində saxlanılan Musəvi və Kərrubi lehinə şüarlar səsləndiriblər.Tələbələrdən Ruhaniyə dəstək
Baş yaylıqları və qolbaqlarında "Yaşıl Hərəkat"ın eyni rənglərindən istifadə edən gənclər, "Bizim mesajımız ev həbsinin aradan qaldırılması, Musəvi və Kərrubinin azad olmasıdır", "Ya Hüseyn, Mir Hüseyn", "Hatəmi və Ruhaniyə salam", "Yaşasın islahat , Yaşasın Hatəmi "şüarlarını səsləndiriblər.
Xatırladaq ki, İranda prezident seçkiləri may ayının 19-da keçiriləcək.