Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasında tətil başlayıb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bazada çalışan 100-ə qədər erməni əməkdaş maaşlarını ala bilmədiklərini bildirir.
Etiraz edənlər fevral, mart və aprel ayların əmək haqlarını ala bilmir. Onlar vəsaitin Moskvadan göndərildiyini, lakin paylanmadığını iddia edir.
Etirazçılar hərbi bazanın rəhbərliyi ilə görüşmək istəyir.
Xatırladaq ki, maliyyə vəsaiti Rusiyadan göndərilsə də, əməkdaşlar maaşı Ermənistan valyutası ilə alır.
Bundan əlavə erməni işçilərlə iki aydır əmək müqaviləsi də bağlanmır.