Fransada seçkiöncəsi yekun debatda Makron qalib gəldi

Fransada seçkiöncəsi yekun debatda Makron qalib gəldi backend

Fransa prezidentliyinə namizəd, “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron yekun debatda rəqibi, “Milli Cəbhə” partiyasının təmsilçisi Marin Le Peni məğlub edib.

APA-nın xəbərinə görə, BFMTV telekanalının sifarişi ilə “Elabe” araşdırma institutu tərəfindən keçirilmiş sorğuya əsasən, televiziya debatını izləyən tamaşaçıların 63%-i E.Makronu, 34%-i isə M.Le Peni dəstəkləyib.

Sorğuda 1314 respondent iştirak edib. E.Makron 64%-lıq dəstəklə həmçinin “Figaro” qəzetinin keçirdiyi sorğuda rəqibindən üstün olub.

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub. Səsvermənin nəticələrinə görə ikinci tura 24,01% səs toplayan E.Makron və 21,3% səs toplayan M.Le Pen adlaya bilib. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.