Rumıniya və Yunanıstan Bolqarıstanın qaz kəmərlərinə qoşulub

Rumıniya və Yunanıstan Bolqarıstanın qaz kəmərlərinə qoşulub backend

Bolqarıstan, Rumıniya və Yunanıstan bu ölkələr arasında qaz kəməri birləşmələrinin tikintisinə icazə verən saziş imzalayıb.

“APA-Economics”in Bolqarıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə bu ölkənin energetika nazirinin müavini Jeço Stankov bildirib.

Qeyd edək ki, “Şaquli qaz dəhlizi” adlandırılan layihə 2018-ci ildə istismara veriləcək. Hazırkı hesablamalara görə, layihənin ümumi dəyəri 220 mln. avro təşkil edir.

Layihənin tikintisinə 2016-cı ildə başlanılacaq. Layihəyə əsasən, qaz kəməri Rumıniyaya qədər uzanacaq və Bolqarıstan, Rumıniya və Yunanıstanın qaz nəqli sistemlərini birləşdirəcək. Bu isə Azərbaycan qazını Yunanıstanda yerləşən LNG-terminaldan Bolqarıstana nəql etməyə imkan verəcək.

“Nəhayət, biz yeni mənbədən qaz ala biləcəyik. Bu günə qədər biz ancaq bir mənbədən - Rusiyadan asılı idik”, - deyə J. Stankov bildirib.
Diaspora