Müxaliflər Astana görüşündən imtina etdi

Müxaliflər Astana görüşündən imtina etdi backend

Suriyalı müxaliflər Astana görüşünə qatılmaqdan imtina edib. Axar.az xəbər verir ki, bu barədə Star xəbər portalı məlumat yayıb.

Portal bildirir ki, müxalif qüvvələr Hama və Der bölgəsinə bombardman təşkil edilməsinə görə Astana görüşündən imtina edib.

Qeyd edək ki, Suriyada vəziyyətin nizamlanmasına dair mayın 3-ü və 4-də Astanada keçirilməsi nəzərdə tutulan yüksək səviyyəli beynəlxalq görüş sayca dördüncü olacaq. Bu görüşə Suriya silahlı müxalifətindən başqa hamı qatılıb.

Martın 14-ü və 15-də keçirilmiş son görüşdə Rusiya, Türkiyə və İran, eləcə də BMT, İordaniya, ABŞ və Suriya hökumətinin nümayəndə heyətləri iştirak ediblər. Silahlı müxalifət nümayəndələri görüşə qatılmayıb.