Əfqanıstanın paytaxtı Kabil şəhərində ABŞ səfirliyi yaxınlığında güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi partlayış nəticəsində ən azı 8 mülki şəxsin öldüyünü, 25 nəfərin yaralandığını bildirib.
“TOLO Nyus” kanalı partlayışın NATO konvoyunun keçdiyi zaman baş verdiyini yayıb. Partlayışın hədəfi də NATO qüvvələri olub.
Hücumu kamikadze həyata keçirib.
İŞİD terror təşkilatı teraktın məsuliyyətini öz üzərinə götürüb.



