Rusiya Qırğızıstanın 240 milyon dollarlıq borcunu ləğv etməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.
Qeyd edək ki, Rusiya 2016-cı ilin ilk yarısında Qırğızıstanın 30 milyon dollar borcunu silib.
Ümumilikdə son 11 il ərzində Moskva Qırğızıstanın 703,2 milyon dollarlıq borcunu ləğv edib.



