Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.
"Report" bildirir ki, görüş zamanı V.Putin iki ölkə arasındakı münasibətlərin xüsusi status əldə etdiyini və tam bərpa olunduğunu bildirib.R.T.Ərdoğan isə rəsmi Moskva və Ankaranın birgə səylərinin Yaxın Şərqdəki vəziyyətə təsir edə biləcəyini açıqlayıb.
* * *14:53
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir.
“Report” xəbər verir ki, Türkiyə prezidentinin göyərtəsində olduğu TUR özəl təyyarəsi Bakı vaxtı ilə saat 13:45-də Soçi şəhərinə enib.
Rəcəb Tayyib Ərdoğanı səfər zamanı baş nazirin müavini Mehmet Şimşek, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Fikri İşık və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hulusi Akar müşayiət edir.
Türkiyə prezidenti mayın 3-də rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşəcək. Bunun ardınca prezidentlər, onları müşayiət edən rəsmi şəxslər birlikdə işgüzar nahar edəcək, sonra heyətlər arasında görüş olacaq.



