ABŞ prezidenti Barak Obama gələn həftə Ağ Evdə Almaniya kansleri Angela Merkellə görüş keçirəcək.
QAZİLƏR.AZ xəbər verir ki, bu haqda Ağ Evin rəsmi saytı xəbər verib. Obama və Merkel arasında danışıqlar zamanı Ukraynada münaqişə, terrorizmə və İŞİD-ə qarşı mübarizə, Əfqanıstan və İranda vəziyyət kimi bir sıra məsələlərin müzakirə ediləcəyi bildirilir. ABŞ prezidenti və Almaniya kansleri iqtisadi inkişaf məsələləri və iyun ayında Böyük Yeddilərin Almaniyada keçirilək zirvə görüşünü də müzakirə edəcək.Məlumata görə, Merkelin fevralın 9-a Vaşinqtona səfəri ABŞ və Almaniya arasında əməkdaşlığın əhəmiyyətini vurğulayır.