Çilidə Kalbuko vulkanının püskürməsi ilə bağlı fövqəladə vəziyyət rejimi elan edilib.
APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, vulkandan qalxan tüstünün hündürlüyü 10 km çatır.Bu səbəbdən aviaşirkətlər uçuşları ləğv etməyə məcbur olublar. Hökumət vulkandan 20 kilometr radiusda yaşayan əhalini təxliyyə edib. Ordu və polis qüvvələri əməliyyat hazırlıq vəziyyətinə gətirilib. İlkin ehtimallara görə, 3 500 nəfərə qədər insan öz evini tərk etməli olacaq.
50 ildən sonra ilk dəfə aktivləşən Kalbuko vulkanı paytaxt Santyaqodan 1400 km cənubda yerləşir.