Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçı siyasət onu regiondakı beynəlxalq enerji layihələrində iştirakdan təcrid edib.
Trend-in “Gazeteuzay”a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkır deyib.Onun sözlərinə görə, Ermənistan özünə böyük ziyan vurur.
1915-ci il hadisələrini şərh edərkən V.Bozkır vurğulayıb ki, Türkiyə heç vaxt bu hadisələri “erməni soyqırımı” kimi tanımayacaq.
Nazir həmçinin qeyd edib ki, 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan ölkələr bunun mənfi nəticələri barədə düşünməlidirlər.