Kürdlərin öz müstəqilliklərini elan etmək vaxtı yetişib, lakin biz İraqdan sülh və danışıqlar yolu ilə ayrılmaq istəyirik. Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani Fransa mətbuatına müsahibəsində deyib.
“Daim İraqın birliyini qorumaq üçün çalışdıq, bunun əvəzində çox ağır günlər yaşadıq: 4 min 500 kəndimiz dağıdıldı, kimyəvi hücuma məruz qaldıq, mənim 10 minə yaxın adamım öldürüldü.Biz qonşu dövlətlərlə mehriban əlaqələr yaratmaq istəyirik. Mayın 7-də Fransada prezident seçkisinin ikinci turu keçiriləcək. Ümid edirəm ki, yeni Fransa prezidenti müstəqil Kürdistanı dəstəkləyəcək”, - Bərzani bildirib.



