Rus əsgərləri YPG-lilərlə şəkil çəkdirdi: Yeni baza iddiası var

Rus əsgərləri YPG-lilərlə şəkil çəkdirdi: Yeni baza iddiası var backend

Rus əsgərlərinin PKK-nın Suriya qolu olan YPG-nin nəzarətindəki Afrin şəhəri ilə Türkiyə sərhədi arasındakı bəzi bölgələrdə yerləşdiyi iddia edilir.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin aprelin 25-də ilk dəfə İraqda Sincar, Suriyanın şimal şərqində Karaçok dağındakı PKK-YPG hədəflərini bombalamasından sonra ABŞ əsgərləri Türkiyə-Suriya sərhədinə yerləşib, rus əsgərlərinin də Fərat çayının qərbində olan YPG nəzarətindəki Afrin şəhəri ilə Türkiyə sərhədi arasındakı bəzi bölgələrdə yerləşdiyi iddia edilir.

Bəşər Əsəd rejimini dəstəkləyən “Əl Masdar“ xəbər saytında bölgədə YPG ilə Rusiya arasında bir razılaşma olduğu iddia olunur. Bu iddiaya görə, rus əsgərinin bölgədəki varlığı Türkiyənin YPG mövqelərinə hücum etməsinin qarşısını almağa yönəlib.

Bölgədən paylaşılan fotoşəkillərdə rus əsgərləri YPG-lilər ilə birlikdə görüntülənib. Rus mediası, rus komandanlığının Afirn bölgəsində yeni hərbi baza açmaq üçün YPG-lilər ilə görüşdüklərini iddia edir.
Diaspora