Hindistanın Madhya Pradeş əyalətində toyda iştirak edən nazir 700 gənc xanıma dəyənək paylayıb.
Nazir gəlinlərə payladığı dəyənəklərdən həyat yoldaşlarının spirtli içki qəbul edib onlara şiddət tətbiq edəcəyi təqdirdə ərlərinə qarşı istifadə edilməsini istəyib.Təxminən 40 santimetr uzunluğunda olan dəyənəklərin üzərində "Sərxoşları döymək üçün istifadə” və "Polis müdaxilə etməyəcək” kimi mesaj yer alıb.
Dəyənəkləri xanımlara paylayan Madhya Pradeş əyalətinin dövlət naziri Qopal Bharqava qeyd edib ki, xüsusilə kənd yerlərində ailədaxili zorakılığa diqqət çəkmək üçün bu addımı atıb.
Hind nazir daha sonra gəlinlərin əlində dəyənək fotolarını Feysbuk səhifəsində paylaşıb. O, ümumilikdə əyalət ərazisində toylarda gəlinlərə paylamaq üçün 10 min dəyənək sifariş verdiklərini də qeyd edib.
xəzərxəbər.az