Rusiyanın əyalətlərində sosial narazılıq - “Partlayış”a az qalıb

Rusiyanın əyalətlərində sosial narazılıq - “Partlayış”a az qalıb backend

"Rusiya iki hissədən, Moskvadan və Rusiyadan ibarətdir”. Bu sözləri şimal qonşumuzun siyasi-iqtisadi ekspertlərinin dilindən tez-tez eştimək olar.


Yaşayış səviyyəsinə görə əyalətlər arasında uçurum Rusiyanın əsas problemlərindən birinə çevrilib. Kremlin Moskvadan təyin edilən qubernatorlar vasitəsilə sərmayə axınlarını əyalətlərə istiqamətləndirməklə bağlı siyasəti də bir işə yaramır. Çox vaxt təyin edilən qubernatorlar daha çox mərkəzləşdirilmiş korrupsiya siyasətinin aləti rolunu oynayırlar.

ABŞ-ın Foreign Policy jurnalının bir məqaləsi Rusiya cənub əyalətlərinin birində, Rostov vilayətinin Qukovo şəhərinin iqtisadi həyatı barədədır.

Məqalə müəllifi Emi Forres-Rotman şəhər sakinlərinin, demək olar ki, hər gün, "Kinqkoul” adlı dağ-mədən sənaye firmasının ofisinin qarşısına gəlib orada etiraz aksiyası keçirdiyini yazır.

Həmin firma 2013-cü ildə müflis elan edilib və onun öz işçilərinə 78 milyon rublluq borcu yaranıb.

"İşçilər hər gün ofisin qarşında , ona arxalarını çevirərək haqlarının ödənilməsini tələb edirlər. Bu cür mənzərələr Rusiyanın bütün vilayətlərində müşahidə olunur. "Keçən il ölkədə iş haqlarının ödənilməsi ilə əlaqədar 200-dən çox etiraz aksiyası keçrirlib”, - "İqtisadi və siyasi islahatlar mərkəzi” adlı ictimai təşkilatın hesabatında deyilir.