İstanbulda sirr dolu qətllər: TV sahibi və ortağı öldürüldü

İstanbulda sirr dolu qətllər: TV sahibi və ortağı öldürüldü backend

İstanbulda istehsal və əyləncə şirkəti GEM TV-nin sahibi İran əsilli İngiltərə vətəndaşı Səid Karimian və kuveytli iş ortağı Əl-Muhtari Maslakda öldürülüb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qatillərin istifadə etdiyi avtomobil yandırılmış halda hadisə yerində tapılıb.

Hadisə dünən saat 20.15 radələrində Maslakda baş verib. Qatillər telekanal sahibinin avtomobilinin qarşısını kəsərək dalbadal atəş açmış, sonra hadisə yerindən uzaqlaşmışlar.

Polis şübhəlilərin tutulması üçün əməliyyat keçirir.
Diaspora