Bizə görə dünyanı ittiham etdi

Bizə görə dünyanı ittiham etdi backend

Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışıb.

"Beynəlxalq təşkilatlar Azərbaycanın haqlı olmasına dair qərarlar verdiyi halda Qarabağ problemi hələ də həllini tapmayıb".

ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İraq dövlət başçısı Fuad Masum ilə ortaq keçirdiyi mətbuat konfransında deyib.

Prezident Van şəhərindəki Akdamar kilsəsinin bərpa edildiyini və müəyyən zamanlarda burada ibadət keçirildiyini deyib. "Görəsən Ermənistanda bu cür yanaşma var?".

Ərdoğan qeyd edib ki, ayın 24-də ermənilər bir araya gələrək, özləri çalıb özləri oynayacaqlar. Türkiyəni təhqir edəcəklər. "Biz də Çanaqqalada olacağıq. Amma bizim gündəmimizdə Ermənistan yoxdur. Biz sabah İstanbulda dünyaya sülhdən danışacağıq. Bizim fərqimiz budur. Ermənistan guya onlara acıq verdiyimizi düşünür. Amma bizim belə bir dərdimiz yoxdur".

Prezident ABŞ prezidenti Barak Obamanın çıxışında "soyqırım" ifadəsini işlətməyəcəyi barədə suala da cavab verib. O, deyib ki, Obamadan belə bir sözü duymaq istəməz və bunu heç gözləmir də.

"Türkiyənin ABŞ-ın yanındakı yeri, bu hadisələrə yanaşması bəllidir. İndi Avropa Birliyi bizim arxamızda deyil, bizdən çox-çox geridədir. Hələ indi arxiv açılmasından danışırlar. Mən 12 ildir ki, hər an arxivləri açmağa hazır olduğumuzu deyirəm. Bu məsələdə biz rahatıq".
Diaspora