Türkiyə Ali Seçki Şurası (YSK) konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 16-da keçirilmiş referendumun qəti nəticələrini təsdiqləyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ASŞ rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.“Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi “lehinə”, 48,59 faizi isə “əleyhinə” səs verib”, - deyə Güvən Ankarada jurnalistlərə bildirib.