Məşhur aktyor ABŞ-dan Türkiyəyə dönən kimi həbs edildi

Məşhur aktyor ABŞ-dan Türkiyəyə dönən kimi həbs edildi backend

Aktyor 1 il əvvəl avtomobil yolunda yaranan bir mübahisədən sonra açılan iddiada ifadə vermədiyinə görə gözaltına alınıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Atatürk Hava limanı şöbə müdirliyinə aparılan Tolqa Karel burada jurnalistlərə bir il əvvəl maşın idarə edərkən yolda yaşadığı bir mübahisədən sonra açılan iddiada ifadə verə bilmədiyi üçün prokurorluğa aparıldığını bildirdi.

Pasportu yoxlanılan Tolqanın bir il əvvəl baş verən davada şahid qismində ifadə vermədiyi məlum olub. Ondan məhkəməyə gəlmək tələb olunsa da, Karel prosesdə iştirak etməyib.

Karel: "Məsələ yolda "sən yol verdin", "mən yol vermədim" mübahisəsinə görədir. Burada uzun müddət olmadığıma görə, ifadə verə bilməmişəm. Prokurora ifadə verdikdən sonra çıxacağıq, inşallah "dedi.