Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri ala bilər

Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri ala bilər backend

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş zamanı Ankaraya Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin göndərilməsi məsələsi müzakirə oluna bilər.

Qaziler.az bildirir ki, "Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"İki liderin görüşü zamanı S-400 zenit-raket komplekslərinin Türkiyəyə göndərilməsi məsələsinin müzakirə ediləcəkmi" sualına D.Peskov "ola bilər" cavabını verib.