ABŞ-ın 35-ci prezidenti Kennedinin İkinci Dünya Müharibəsi zamanı tutduğu gündəlik açıq hərracda 718 min 750 dollara alıcı tapdı.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hərracı təşkil "RR Auction"ın internet saytında dərc olunan məlumata görə, 1945-ci ildə "Hearst" qəzetində çalışan 28 yaşlı Con F. Kennedi 61 səhifəlik bir gündəlik tutub.Hitlerlə bağlı diqqətçəkən cümlə

Gündəlikdə həmin dövrdə donanma naziri ilə avqust ayında Almaniyaya gedən, Hitlerin evini və sığınacağını ziyarət edən Kennedinin burada dəftərinə Hitler ilə əlaqədar yazdığı cümlələr diqqət çəkir.
Kennedi öz gündəliyində Hitler haqqında bunları yazıb: "Bu yerləri ziyarət etsəniz, Hitlerin ətrafındakı nifrətdən sıyrılaraq bir neçə il ərzində necə yaşaması və onun ən əhəmiyyətli şəxsiyyətlərdən biri olduğunu anlaya bilərsiniz ...Hitlerin öz ölkəsinə olan hüdudsuz sevgisi onu dünya sülhü üçün təhdid halına gətirdi. Ancaq onun həyat tərzi və necə öldüyü, özündən sonra yaşayacaq və böyüyəcək bir sirrdir".