Dəməşqdə güclü partlayış

Dəməşqdə güclü partlayış backend

Suriyanın paytaxtı Dəməşq aeroportuna yaxın güclü partlayış baş verib. Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, partlayış o qədər güclü olub ki, hətta aeroportdan 25 km məsafədə yerləşən paytaxt Dəməşqdə də eşidilib.

Partlayışdan sonra yanğın başlayıb.

Livanın "ƏL-Manar" telekanalı partlayışa İsrailin hava zərbəsinin səbəb olduğunu bildirib. Suriya və israil tərəfindən hadisə ilə bağlı rəsmi məlumat verilməyib.