FTX terakt törətmək istəyən İŞİD-çiləri yaxaladı

FTX terakt törətmək istəyən İŞİD-çiləri yaxaladı backend

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Saxalində İŞİD terror qruplaşmasının iki üzvünü ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılanlar insanların kompakt olduğu yerdə səs-küylü terror aktı həyata keçirmək istəyiblər.

Onlardan birinin Rusiya, digərinin isə Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olduğu bildirilib.

Axtarış zamanı onların yaşadığı evdən kustar üsulla hazırlanmış partlayıcı, təxribatçı materiallar və qadağan olunmuş ədəbiyyat götürülüb.