İran İslam İnqilabı Keşikçiləri Korpusunun kateri ilə toqquşmamaqdan ötrü ABŞ-ın “Meksen” hərbi gəmisi öz kursunu dəyişməli olub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Foks Nyus” televiziyası yayıb. Televiziya hadisənin Hörmüz boğazında baş verdiyini bildirib.
Qeyd edək ki, bu, tərəflər arasında yaranan ilk belə insident deyil. Belə ki, mart ayında da ABŞ gəmisi İran katerlərinin ona sürətlə yaxınlaşması ucbatından öz kursunu dəyişməli olub.