Çin öz istehsalı olan təyyarədaşıyan gəmini istifadəyə verib.
Axar.az xəbər verir ki, gəmi suya Dalyan limanından buraxılıb. Yeni təyyarədaşıyan gəmi ordunun silahlanmasına 2020-ci ildə qəbul ediləcək.
Qeyd edək ki, bu, Çinin ikinci təyyarədaşıyan gəmisidir. Pekin bu tip gəmilərinin sayını 5-ə çatdırmaq istəyir.