Milyonlarla alman və minlərlə turist bu gün nəqliyyat kollapsı ilə üzləşib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, tətili elektrik qatarlarının maşinistləri elan ediblər. Dəmiryolçular əmək haqlarının artırılmasını və iş gününün azaldılmasını tələb edirlər. Bu, onların ilk tətil cəhdi deyil, bundan əvvəlki altı cəhd uğursuzluğa düçar olmuşdu.Dəmir yollarının rəhbərliyi ləngimələr baş verərsə, sərnişinlərə biletin dəyərinin yarısını qaytarmağı vəd edib. Lakin bu hadisədən ən çox narahat olanlar iri sənayeçilərdir. Yük qatarlarının dayanması çox milyonlu maliyyə itkilərinə səbəb olacaq.
Tətillərin cümə gününə qədər davam edəcəyi bildirilir.