Böyük Vətən Müharibəsi iştirakçısını intihara təhrik edən fırıldaqçılar indi polis tərəfindən axtarışdadırlar.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, veteranın həyat yoldaşı bildirir ki, özünü sosial əməkdaş kimi təqdim edən qadınlar köhnə əsginasları yeniləri ilə əvəz etməyi təklif ediblər. Qənaət edilərək yığılan pullar isə sonuncu olub. Qadınlar 60 min rubl olan çanta ilə evdən uzaqlaşsalar da müşahidə kameralarına düşüblər.Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisədə fırıldaqçılar veteranın - Sərvərəddin Fahəddinovun bütün nağd pulunu dəyişmək adıyla alaraq aradan çıxıblar. Bu isə veterana ağır təsir edib. Həyat yoldaşı Səbirə Fahəddinovanın bildirdiyinə görə, o ölümünə bir neçə gün qalmış bu yalan dolu dünyada yaşamaq istəmədiyini deyirmiş: "Başına vuraraq öz əlimlə verdim, deyirdi".
Aldadılan müharibə veteranı bu hadisədən sonra özünə gələ bilməyib. Fırıldaqçıların geri qayıdacağı ümidi ilə polisə də şikayət etməyib. Müharibə dəhşətlərindən keçən yaşlı adam sonunda dözə bilməyib və həyat yoldaşının mağazaya getməsindən istifadə edərək intihar edib.