77 illik ailə həyatı yaşayan 96 yaşlı Frenk Dodd və həyat yoldaşı, 97 yaşlı Coys iki saat ara ilə bir gündə vəfat ediblər.
Qaziler.az bildirir ki, Dodd cütlüyü Böyük Britaniyan Kent qraflığındakı Qreyvsend şəhərində eyni gündə xəstəxanada vəfat ediblər. Cütlük 77 il bir yerdə yaşayıb. Onlar son saatlarını əl-ələ tutmaqla bir yerdə keçiriblər. Bu barədə Vesti.ru məlumat verib.Frenk və Coys 14 yaşları olarkən tanış olublar. Beş il sonra isə ailə həyatı qurublar. Onların 5 övladı, 12 nəvəsi, 10 nəticəsi, iki kötükcəsi var.
Frenk son illər ürək çatışmazlığından əziyyət çəkib. O, xəstəxanaya düşərkən Coys özü xəstələnənə qədər hər gün ona baş çəkib.
Yaşlı ər-arvad ayrı palatada olublar. Lakin ölümlərinə az müddət qaldığına görə klinika personalı son dəqiqələrini bir yerdə keçirmələri üçün onların çarpayılarını yanaşı qoyublar. Ər-arvad iki saat fərqi ilə vəfat ediblər.